Putin Paşinyanla görüşdü

Putin Paşinyanla görüşdü

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

7news.Az bununla bağlı RBK agentliyinə istinadla məlumat verib. 

Görüş "Redisson Blyu Paradayz” hotelində baş tutub. Günün ikinci yarısında bu hoteldə Avrasiya İqtisadi Birliyinin liderlərinin görüşü keçiriləcək. 

Putin qonaqları salamlayıb və Paşinyanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib. 

"Biz Ermənistana regiondakı yaxın tərəfdaşımız və müttəfiqimiz kimi baxırıq”, - Putin deyib. O əlavə edib ki, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. 

7news.Az

Xəbər lenti