Putinin namizədliyi qeydə alındı - FOTO

Putinin namizədliyi qeydə alındı - FOTO

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinin gələn ay keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyatdan keçirib.

Bu barədə Rusiya MSK-nın müvafiq qərarında deyilir.

Düzdür, V.Putinin namizədliyi hakim "Vahid Rusiya" partiyası tərəfindən irəli sürülmüşdü. Lakin o, seçkilərə müstəqil namizəd kimi qatılmağı qərara alıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-də keçiriləcək.

MSK bundan əvvəl iki nəfərin - Rusiya Federasiyası Kommunist Partiyasından Pavel Qrudininin və Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin namizədliyini qeydə alıb. Daha beş namizəd - Kseniya Sobçak, Maksim Suraykin, Qriqori Yavlinski, Sergey Baburin və Boris Titov isə qeydiyyata alınacağını gözləyir.

7News.az

Xəbər lenti