Qadın boşanmamaq üçün TV-yə çıxdı - Ərinin ailəsi saqqalı olduğu üçün onu istəmir

Qadın boşanmamaq üçün TV-yə çıxdı - Ərinin ailəsi saqqalı olduğu üçün onu istəmir

Türkiyədə "Zahidə Yetişlə" verilişinə qatılan 26 yaşlı qadın görünüşü ilə hamını heyrətləndirib.

7News.Az "ölkə.az"-a istinadən bildirir ki, qadın olmasına rəğmən saqqal və bığı olan qadın ərindən utandığını, lazer etdirməsinə baxmayaraq bu vəziyyətinin keçmədiyini deyən Gülseren son çarə kimi TV verilişinə qatılıb. 

"Həkimə getdim, hormonların pozulmayıb dedi. Lazer müalicəsinə getdim, əlac olmadı. Ərimin ailəsi məni bu halımla qəbul etmək istəmədi. Lakin ərim sağ olsun, mənə sahib çıxdı", - deyə qadın qeyd edib.

 

Verilişin aparıcısı Zahidə Yetiş xanımı uzman həkimlərə təslim edib, müalicə etdirəcəyini deyib.

7News.Az

Xəbər lenti