Qadını bıçaqla hədələyib pulunu aldılar

Qadını bıçaqla hədələyib pulunu aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

7news.Az xəbər verir ki, Nəsimi rayonu ərazisində naməlum şəxs Vahidə Niftəliyevaya məxsus kafeyə bıçaqla basqın edib. O, kafe sahibini hədələyərək pul tələb edib və 150 manat götürərək qaçıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadına qarşı quldurluq edən şəxsin Yevlax rayon sakini Elçin Tağızadə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti