Qadınlar ərlərini insultdan belə QORUYA BİLƏRLƏR - Ekspertdən İYRƏNC MƏSLƏHƏT

Qadınlar ərlərini insultdan belə QORUYA BİLƏRLƏR - Ekspertdən İYRƏNC MƏSLƏHƏT

İranın "Seda-o-Simae Ezd” dövlət telekanalı efirə buraxılan ekspertin fikirlərinə görə üzr istəyib.

 Bu haqda İSNA agentliyi bildirib.

"Biz üzr istəyirik... Və daha məhsuldar çalışacağıq və efirə buraxılan proqramların məzmununa effektiv nəzarət edəcəyik”, - telekanalın bəyanatında deyilir.

Qeyd edək ki, qadın ekspert dövlət telekanalının efirində məişət zorakılığı haqqında danışarkən qadınlara onları döyən ərləri massaj etməyi və sonra ayaqlarını öpməyi məsləhət görüb.

"Hətta əgər sizin əriniz narkomandırsa və sizi vurursa, sadəcə bunu edin. Bu, sizin həyatınızda möcüzə yaradacaq”, - o əlavə edib.

Qadının sözlərinə görə, bu, ərin stressini azaldar, onda insult və ürəktutması riskinin qarşısını almağa kömək edərdi.

Tamaşaçıların əksəriyyəti bu məsləhəti mənasız və təhqiredici hesab ediblər./publika

7News.Az

Xəbər lenti