Qarabağ abidələrini tanımaq borcumuzdur! adlı ilk təlim təşkil olunub - FOTOLAR

Qarabağ abidələrini tanımaq borcumuzdur! adlı ilk təlim təşkil olunub - FOTOLAR
Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində ilk təlim təşkil olunub. 
Layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir
Layihə çərçivəsində Samux rayonunda rəssamlıqla məşğul olan yeniyetmə və gənclərin iştirakı ilə ilk təlim keçirilib. Təlimi tarixçi Afərim Namazova təlimçi qismində, ekspert Bəyim Teymurlu aparıb. 
Layihə iştirakçılarına Qarabağ abidələrinin qədim keçmişi və tarixi kökləri haqqında  məlumat verilib. Qeyd olunub ki, təlimlərdən sonra "Qarabağ abidələrini tanıyırsınızmı” devizi altında 1 rəsm müsabiqəsi təşkil olunacaq.  
Tədbirdə gənclərə maarifləndirici buklet paylanıb. 
Layihə çərçivəsində tədbirlər davam etdirilir.
7News.az







Xəbər lenti