“Qarabağ” “Atletiko”ya qarşı - CANLI YAYIM YALNIZ BİZDƏ

“Qarabağ” “Atletiko”ya qarşı - CANLI YAYIM YALNIZ BİZDƏ

 


 

 

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ” səfərdə Madrid "Atletiko”sunun qonağı olacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, İspaniyadan da xalla qayıtmaq niyyətindədi.

Qrupun digər oyununda "Roma” (İtaliya) doğma meydanda "Çelsi” (İngiltərə) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
C qrupu
31 oktyabr

"Atletiko” – "Qarabağ” 1:1 (1-ci hissə)
Baş hakim: Dəniz Aytəkin.
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. "Metropolitano” stadionu.

"Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Partey, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 11. Anxel Korrea, 14. Qabi (k), 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro.
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Auqusto Fernandes, 16. Şime Vrsalko, 17. Lusiano Vietto, 19. Lukas Ernandes, 22. Nikolas Qaytan.
Baş məşqçi: Dieqo Simeone.
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.



Xəbər lenti