"Qarabağ" tarix yazdı! — MÖHTƏŞƏM QƏLƏBƏ!

7news.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" tarix yazıb. Danimarkada "Kopenhagen"in qonağı olan komandamız Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı. Komandamız Danimarkada 2:1 hesabı ilə uduzmasına baxmayaraq səfərdə vurulan qolun sayəsində ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazandı.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

23 avqust

22:45. "Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) - 2:1

Qol:Federiko Santander, 41+1 (1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla 
Kopenhagen. "Parken” stadionu

Xəbər lenti