“Qarabağ”a çempionluq kuboku verildi – VİDEO

“Qarabağ”a çempionluq kuboku verildi – VİDEO

Məlum olduğu kimi, "Qarabağ” ölkə çempionu olub.

7news.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün son oyununda "Qəbələ” – "Qarabağ” qarşılaşması baş tutub.

"Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintananın 22-ci dəqiqədə penaltidən vurduğu qolla meydan sahibləri 1:0 qələbə qazanıb.

Oyundan sonra mükafatlandırma mərasimi baş tutub. "Qarabağ”a qızıl, "Qəbələ”yə gümüş və "Neftçi”yə bürünc medallar verilib. Bundan başqa, "Qarabağ”a çempionluq kuboku, "Qəbələ”nin fransalı hücumçusu Baqaliy Daboya 13 qolla bombardir olduğu üçün xüsusi mükafat (qızıl suyuna çəkilmiş buts) təqdim olunub.

7news.Az

Xəbər lenti