“Qarabağ”a “milli” təxribat

“Qarabağ”a “milli” təxribat

Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan "Qarabağ”ın düşərgəsinə qəfil basqın olub.

Bu gün AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq testdən keçməli olduğunu bildiriblər. Bu səbəbdən sabah əsas heyətdə meydana çıxacaq 7 futbolçu (Abdullah Zubir, Ansi Aqolli, İnnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev, Simeon Slavçev) bir otağa salınaraq ümumi hazırlıqdan kənar saxlanılır. Onların qidalanmasına, istirahətinə imkan verilmir. 

UEFA adətən belə təftişləri oyun günü aparır. Milli Antidopinq Agentliyi oyun günü gəlir, püşklə futbolçuları seçir və onları yoxlayır. Bu dəfə isə qəfil yoxlama bir gün öncədən olub və 7 futbolçu cəlb edilib. 

"Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb. Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda tövsiyyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub 4 illik cəzalana bilər. 

Bu hərəkət sabah keçiriləcək Ukraynanın "Vorskla” klubu ilə vacib oyun qabağı "Qarabağ”a qarşı təxribatdı. Futbolçuların fikrini yayındırmaq, onları hazırlıqdan kənar saxlamaq ağdamlılara ziyan verəcək. Və maraqlıdı ki, az öncə AMADA ilə əməkdaşlıq müqaviləsi bağlayan AFFA məsələni araşdırmaq üçün heç nə etmir. Əksinə, bəlkə də "Qarabağ”ı büdrətmək üçün bu, elə onların öz planıdı. Klubla soyuq müharibə aparan asossasiyanın məlum məkrli rəhbərliyi özü bilərəkdən bunu təşkil edib. Yəqin ki, baş məşqçi Qurban Qurbanov əsəbiləşsə də, bu badalağın ona kimlər tərəfindən vurulmuş olduğunu anlamış olar.

Mövzunu araşdıracağıq./Futbolinfo.az

 

7News.Az

Xəbər lenti