"Qarabağ"dan unudulmaz günlə bağlı paylaşım: "Tarix rəqəmlərlə deyil, zəfərlərlə yazılır!" - VİDEO

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.

7News.Az qol.az-a istinadən xəbər verir ki, ötən ilin bu günü - 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı.

"Qarabağ"la oyunlardakı xallar itirən "Atletiko" qitənin ən nüfuzlu turnirində 1/8 finala bilməmişdi.

"Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk klubdur.

Bu uğurla bağlı "Qarabağ"ın "Facebook" səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad "Atletiko" ilə görüşdə uğur qazanaraq, Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.

7News.Az

Xəbər lenti