“Qarabağ”ın Avroliqada rəqibi bəlli oldu

“Qarabağ”ın Avroliqada rəqibi bəlli oldu

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ” Moldova "Şerif”i ilə qarşılaşacaq.

7News.Az xəbər verir ki, bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda tiraspollular İslandiya "Valyur”una uduzublar – 1:2. 

Lakin 2 oyunun nəticəsində görə "Şerif” səfərdə vurduğul qol sayəsində mübarizəni davam etdirib. Görüşün ümumi hesabı 2:2-dir.

Azərbaycan və Moldova çempionlarının ilk qarşılaşması avqustun 23-də Tiraspolda baş tutacaq. Cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Cütün qalibi Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq.

7News.Az

Xəbər lenti