““Qarabağ”ın “Çelsi”dən xal almasına ümid edəcəyik” - “Atletiko”nun futbolçusu

““Qarabağ”ın “Çelsi”dən xal almasına ümid edəcəyik” - “Atletiko”nun futbolçusu

UEFA Çempionlar Liqasında "Qarabağ”ın rəqibi olan İspaniyanın "Atletiko” klubunun futbolçusu Koke bu gün "Roma”ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında açıqlama verib.

Ulduz futbolçu bu matçda qalib gəlməli olduqlarını, lakin bunun onlara kifayət etməyəcəyini deyib. 

Kokenin sözlərinə görə, onlar qalib gəlsələr də, "Qarabağ”ın uğurlu nəticəsinə ümid etməlidirlər: "Roma” üzərində qələbə bizə kifayət etməyəcək. Çünki bundan sonra biz "Qarabağ”ın "Çelsi”dən xal alacağına ümid etməliyik. Bu bizim üçün vacib amildir. Qazanmaq üçün də hər şeyi edəcəyik”.

Qeyd edək ki, "Atletiko” – "Roma” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq./qafqazinfo

 

7news.Az

Xəbər lenti