"Qarabağ"ın hücumçusu rəsmən ÇİN KLUBUNDA

"Qarabağ” üçün tər tökən Dino Ndlovunun Çinin "Xançjou Qrintaun” klubuna transferi rəsmiləşib.

CAR-lı futbolçu artıq 2 illik müqaviləyə imza atıb və mərasimdən sonra yeni klubunun forması ilə foto çəkdirib.

Qeyd edək ki, D.Ndlovu "Qarabağ”a 2016-cı ilin yayında "Anorthosis Famagusta” klubundan transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində 54 oyunda iştirak edib və 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

D.Ndlovunun Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen”ə vurduğu qol təmsilçimizi ÇL-in qrup mərhələsinə aparmışdı.

7News.Az

Xəbər lenti