“Qarabağ”ın oyunundan sonra acınacaqlı durum - FOTO

“Qarabağ”ın oyunundan sonra acınacaqlı durum - FOTO

Dünən "Qarabağ”ın "Şerif”i 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra media sektorundan acınacaqlı foto paylaşılıb.

7News.Az xəbər verir ki, fotoda jurnalistlər oturan media sektorunun tum qabıqları və plastik su qabları ilə zibilləndiyi görünür.

Fotonu ANS-in sabiq jurnalisti Xəyal Azəroğlu sosial şəbəkədə paylaşaraq ərəb turistləri səliqəsiz, natəmiz olduğuna görə tənqid edənlərə sual ünvanlayıb:

"Niyə ərəbləri pinti olmaqda ittiham edirsiniz? Niyə öz gözünüzdə tiri görməyib başqa gözdə çöp axtarırsınız? Bu foto "Qarabağ” – "Şerif” matçından sonra çəkilib. Media və qonaq sektorunda əyləşən izləyicilərin özlərindən sonra qoyub getdikləri izdir...”

Hayal Azeroglu adlı şəxsin şəkli.

7News.Az

Xəbər lenti