"Qarabağ"ın təyyarəsində qalmaqal - İdmançı izləyicisini təhqir etdi

"Atletiko” və "Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşən Kamil Zeynallı qalmaqallı paylaşımı ilə yenidən gündəmə gəlib.

 "Qarabağ” futbolçuları ilə Madridə yola düşən idmançı "Instagram" vasitəsilə canlı yayım edib.

Yayım zamanı "Məhəmməd Maqa” adlı sosial şəbəkə istifadəçisi ona qarşı xoşagəlməz rəylər yazıb.

Kamil isə futbolçuların yanında yüksək səslə izləyicini və ailəsini ağır söyüşlərlə təhqir edib.

Həmin hadisəni "Qarabağ”ın futbolçuları da izləyib.

Qeyd edək ki, sözügedən video sosial şəbəkədə müzakirələrə səbəb olub.


 



 

7news.Az

Xəbər lenti