““Qarabağ”la oyundakı qələbə bizə kifayət edir” - Nainqolan

““Qarabağ”la oyundakı qələbə bizə kifayət edir” - Nainqolan

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Roma”nın yarımmüdafiəçisi Raca Nainqolan İtaliya mətbuatına açıqlama verib.

Belçikalı futbolçu sabah keçiriləcək 5-ci tur matçlarından danışıb. 

Sabah "Atletiko” ilə üz-üzə gələcək "canavarlar”ın futbolçusu "Qarabağ”la son turda keçiriləcək matçın əhəmiyyətindən söz açıb: "Biz çempionatdan çox bu gün Çempionlar Liqasını düşünürük. Madriddə keçirəcəyimiz matç çox əhəmiyyətlidir. Qrupu lider bitirmək istəyiriksə, qalib gəlməliyik. Amma növbəti mərhələyə adlamaq üçün son turda "Qarabağ” üzərində qələbə də bizə kifayət edir. Həmin qarşılaşma da komandamız üçün vacib olacaq. ÇL-də uğurlu nəticə bizə çox lazımdır”.

Qeyd edək ki, sabah C qrupunda "Qarabağ” – "Çelsi” oyunu ilə yanaşı "Atletiko” – "Roma” matçı da baş tutacaq. /qafqazinfo

 

7news.Az

Xəbər lenti