““Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq” - Qabi

““Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq” - Qabi

Çempionlar Liqasının qrup mərhələsində sabah "Qarabağ”ı qəbul edəcək "Atletiko”nun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib.

İspan futbolçu öncə matçla bağlı fikirlərini bildirib:

- Sabah Bakıdakından fərqli "Atletiko” görəcəyik?

- Başqa nəticə gözləyirik. İlk oyunda "Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.

- "Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?

- Əlbəttə, yox. "Qarabağ”ın hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq.

- İki dəfə ÇL finalı oynasanız da, sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?

- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.

- Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsız. Bu barədə nə deyə bilərsiz?

- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.

- Bu gün burda yox, köhnə stadionda məşq etdiniz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiz?

- "Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq "Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə "Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.

- "Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…

- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.

- Keçən illə müqayisədə nəticələr bir xeyli zəifdi. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar?

- Xal fərqi o qədər də çox deyil. "Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. "Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız "Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq./qafqazinfo

 

7news.Az

Xəbər lenti