Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya... - FOTO

Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya... - FOTO

Polislər Charity Lee adlı qadına bəd xəbəri verəndə o, ofisdə iş vaxtının bitməsini gözləyirdi. Polislər əvvəlcə ona 4 yaşlı qızının xəsarət aldığını söyləyibər. Təşvişə düşən qadın özünü itirib və 13 yaşlı oğlunun harada olduğunu soruşanda polislər Paris Bennet adlı oğlunun da onların yanında olduğunu deyib.

Amerikanın Texas ştatında dəhşətli cinayət hadisəsi törədilib. 13 yaşlı oğlan bacısını boğub, sonra da 17 dəfə bıçaqlayıb.

Cinayət baş verən gün uşaqlar evdə tək olmayıb. Qadın onları baxıcı ilə birlikdə qoyaraq evə gedib. Lakin 13 yaşında olmasına baxmayaraq 141 IQ səviyyəsi ilə yaşıdlarından seçilən Paris dayəni inandırıb ki, ona gərək yoxdur, evinə gedə bilər. O, dayəni evdən göndərdikdən sonra bacısının otağına gedib, onu boğub, sonra da 17 dəfə bıçaqlayıb.

Oğlan daha sora dostu ilə messencerdə yazışıb və polisə zəng edib. O, cinayəti etiraf edib. Paris ilk ifadəsində gözünə halusinasya göründüyünü söyləyib, sonralar isə ifadəsini dəyişib.

Paris bildirib ki, anasını da öldürməyi düşünürdü.

Bir övladı həbsə, digəri qəbrə girən ana New York Post-a ürəkparçalayan açıqlama verib.

"Oğlum məni öldürsə, 10-15 dəqiqə əziyyət çəkəcəkdim, amma, o elə dağ qoydu ki, ömrümün sonuna qədər əzab çəkəcəm".

Hadisə 2007-ci ildə baş verib. Charity Lee 10 il sonra həyat hekayəsini ekranlaşdırıb və !The Family I Had" adlı qısametrajlı film çəkib. Film Investigation Discovery kanalında yayımlanıb.

Qeyd edək ki, qatilin hazırda 24 yaşı var və hələ 40 il də həbsxanada qalacaq./milli

Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya... - FOTO

Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya... - FOTO

7news.Az

Xəbər lenti