Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR

Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR
Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.

Bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb.

"Hazırda 61 nəfər, o cümlədən qadınlar və uşaqlar ölüb və 72 nəfər yaralanıb, onlar xəstəxanalara yerləşdiriliblər", - agentlik yerli məmurun sözlərini sitat /report

---------
07:05

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb.

7News.Az oxu.az-a istinadən bildirir ki, hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

Hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.
Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR
Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR
Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR
Qatar insan kütləsinin içindən keçdi: 61 ölü, 72 yaralı - FOTOLAR
 

7News.Az

Xəbər lenti