“Qəbələ”nin sabiq baş məşqçisi erməni çalışdırıcını əvəzləyə bilər

“Qəbələ”nin sabiq baş məşqçisi erməni çalışdırıcını əvəzləyə bilər

"Qəbələ”dən ayrılan ukraynalı məşqçi Roman Qriqorçuk bu gün Qazaxıstan çempionu "Astana” ilə rəsmi müqavilə imzalaya bilər. 

7news.Az xəbər verir ki, o bu postda komandanı ötən il (Qazaxıstanda ötən mövsüm 2017-ci ildə başa çatıb – S.T.) çempion etmiş erməni Qriqori Babayanı əvəzləməyə yaxındır.

Bu məsələyə Qazaxıstan futbolunun veteranı Kuralbəy Ordabayev də münasibət bildirib:

"Bu məşqçinin yaxşı və ya pis olması haqda nəsə deyə bilmərəm. Mətbuatdan biz bilirik ki, o, Azərbaycanda işləyib və hansısa müəyyən uğurları olub. Qriqorçukun Qazaxıstan çempionatına uyğunlaşması və "Astana” ilə tanış olması üçün vaxta ehtiyacı var”.

Qeyd edək ki, "Astana” Çempionlar Liqasında "Qarabağ”ın potensial rəqiblərindən biridir.

7news.Az

Xəbər lenti