Qəbələyə sel gəldi, kəndlə əlaqə kəsildi

Qəbələyə sel gəldi, kəndlə əlaqə kəsildi

Qəbələdə güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, 11 iyun tarixində Qəbələ rayonunun Tikanlı və Bum kəndləri ərazisindən keçən "Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq kömək göstərilib. 

Əməliyyat başa çatıb.​

7news.Az

Xəbər lenti