Qəbirstanlıqlarla bağlı yenilik: Bu qurum nəzarət edəcək

Qəbirstanlıqlarla bağlı yenilik: Bu qurum nəzarət edəcək

Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

7news.Az-ın APA-ya istinadən xəbərinə görə, abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun olaraq həyata keçiriləcək.

Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

7news.Az

Xəbər lenti