Qəlyan daha bir ölkədə qadağan olundu

Qəlyan daha bir ölkədə qadağan olundu

Ruanda sağlamlığa mənfi təsirini əsas göstərərək qəlyan çəkməyi qadağan edib.

Səhiyyə naziri Diana Gaşumba 15 dekabrdan etibarilə ölkədə qəlyan istifadəsi, reklam və idxalının qadağan olunduğunu açıqlayıb.

Nazirin yazılı açıqlamasında, Dünya Səhiyyə Təşkilatının qəlyanın sağlamlığa vurduğu ziyanı nəzərə aldıqlarını bildirərək, "Qəlyan çəkmək ziyan vurur, asılılıq yaradır və insan həyatı üçün təhlükəlidir", deyə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl qəlyan ötən il Tanzaniyada qadağan olunmuşdu./qafqazinfo

 

7news.Az

Xəbər lenti