QHT sədri: Qərb ölkələri bu hadisəni pisləyəcək bəyanat yaymayacaqlarsa ...

QHT sədri: Qərb ölkələri bu hadisəni pisləyəcək bəyanat yaymayacaqlarsa ...

Cəsarət Hüseynzadə

"İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri

 


Dünən axşam Gəncədə baş verən təxribat və terror hadisəsi hər birimizi üzdü.

Əslində məhz Gəncənin icra başçına qarşı törədilən məlum sui-qəsd hadisəsi, birmənalı olaraq xarici qüvvələrin bir başa planı əsasında həyata keçirilən və Azərbaycan dövlətinə qarşı yönələn terror hadisəsi idi.

Azərbaycanlılar tarixən dinə yaxın olublar. Bəli, dini mövhumat olub. Amma heç vaxt din pərdəsi altında radikalizm olmayıb. Ölkədə dinə və dindara olan münasibət hər kəsə bəllidir. İstənilən din yaxşılığı, mərhəməti, düzlüyü təbliğ edir. Dindar olmaq, əslində yaxşı insan olmaq deməkdir. Dindar olmaq yaxşı ailə başçısı, yaxşı vətəndaş olmaq deməkdir.

Gəncədə baş verən hadisənin dinlə heç bir əlaqəsinin olmadığı bəlli bir məslədir. Deyərdim ki, əslində sübuta ehtiyacı olmayan bir aksiyomadır. Bununla bağlı hər hansı təhlil aparmağa da ehtiyac yoxdur.

Təəssüf ki, terroru və terrorçunu görmək üçün bəzi insanlara 2 göz azlıq edirdi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sayları az da olsa bəzi qüvvələr məsələnin fərqinə varmayaraq terror hadisəsi törədən şəxsin hüquqların müdafiəsinə qalxdılar. Həmin inşalara sual olunur: Mütəmadi olaraq dövlətimizə və millətimizə qarşı terror törədən erməni terrorçularının müdafiəsinə qalxacaqsınızmı?

Əlbəttə məlumdur ki, bu hadisələri əvvəlcədən planlayan qüvvələr saxta profillər vasitəsi ilə sosial şəbəkədə təxribat xarakterli təbliğat aparırdı.

Amma təbliğatın nə dərəcədə aparılmasından asılı olmayaraq, bir mənalı olaraq heç bir gəncəli çağırışlara istinadən həmin ixtişaşda iştirak etməyib.

Bu hadisənin nə dərəcədə Avropada oturum alan "söyüş müxalifəti” ilə əlaqəsinin olub olmadığı istintaq orqanlarının araşdıracağı bir məsələdir. Amma "Avropalılar”ımız yenə fürsəti əldən verməyərək, təxribat xarakterli fəaliyyətləri ilə bu məsələlərə də "tövhə” verməyi özlərinə borc bildilər.

Hadisənin ertəsi günü Qərb ölkələrinin səfirlikləri bu hadisəni pisləyəcək bəyanat yaymayacaqlarsa, bəs hanı terrora qarşı birgə mübarizə ilə bağlı deyilən sözlər?

Hər dəfə Qərb rəsmiləri görüşlərdə Azərbaycanın terrora qarşı aparılan mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi tövhədən dolayı minnətdarlığılarını bildirdilər. Bizə lazım olan söz və əməl vaxtı indidir.

Gəncədə ötən gün baş verən hadisə, həmin dediyiniz radikalizm, terror və buna bənzər hadisə deyilmi?

Yoxsa bu qiyətləndirməni aparmaq üçün hadisənin Avropada baş verməsi lazımdır?Biz də Avropayıq. Bütün gücümüz və imkanlarımız ilə Avropanın alternativ enerji xəritəsində rol oynayan Azərbaycan.

Azərbaycan müstəqilliyini ona görə bərpa etmədi ki, Rusiya imperializmindən çıxıb, Avropa diktəsini qəbul etsin.Hər bir dövlət kimi, Azərbaycanın da öz milli maraqları digər bütün məqamlardan üstündür. Azərbaycanın bu mövqeyi sizləri qane etmir?

Bu gün Azərbaycan ictimaiyyətinin bütün qüvvələri, çalışdığı sahədən, siyasi baxışından və dini əqidəsindən asılı olmayaraq bir mənalı olaraq bu terror hadisəsini pisləyir.

Dövlətdən və onun hüquq mühafizə orqanlarından vətəndaşların və dövlətin təhlükəsizliyinə qarşı törədiləcək hər hansı hadisənin qarşının alınmasını və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik.

 
 
7news.Az

Xəbər lenti