Qızları əxlaqsızlığa məcbur edirmiş - 472 il həbs cəzası aldı

Qızları əxlaqsızlığa məcbur edirmiş - 472 il həbs cəzası aldı

ABŞ-ın Kolorado ştatının məhkəməsi qadınları əxlaqsızlıq etməyə məcbur edən vətəndaşa 472 illik həbs cəzası verib.

31 yaşlı ştat sakini Bryuk Franklin həddi-buluğa çatmamış qızları aldadaraq pul müqabilində kişilərlə cinsi münasibətə girməyə vadar edib.

Franklinin rəhbərlik etdiyi dəstə 7 nəfərdən ibarət olub. Cinayətkar dəstə qızları ölümlə hədələyərək onlara xidmət etməyə vadar ediblər.

Məhkəmə əvvəllər də müxtəlif cinayətlərdən mühakimə olunmuş Franklini 30 maddə üzrə təqsirli bilərək, 472 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalından birbaşa ağırlaşdırılmış cəzaçəkmə müəssisəsinə göndərilib./publika

İcmal.Az

Xəbər lenti