Qocalmaya qarşı preparatlar tapıldı

Qocalmaya qarşı preparatlar tapıldı

Böyük Britaniya və Almaniyadan olan beynəlxalq alim qrupu orqanizmin potensial olaraq qocalma prosesini ləngidən və ömrü uzadan 24 yeni preparatı identifikasiya edib.

Tədqiqatın nəticələri bioRxiv.org-da dərc olunub

Qocalma özünü həm DNT zədələnmələri, həm də hüceyrə, toxuma və orqanlarda homeostazın pozulmasında ifadə edən mürəkkəb prosesdir. Qocalmaya ən həssas insan orqanı beyindir. Beyində qocalma koqnitiv bacarıqların zəifləməsi və neyro-degenerativ proseslərin kəskinləşməsi ilə müşahidə olunur.

Tədqiqatçılar yaşı 20-dən 106-ya qədər olan insanlarda beynin 22 müxtəlif sahələrində gen aktivliyini təhlil edib. Sinir toxuması nümunələri beynin ön və gicgah hissələrindən, beyincikdən, limbik sistemdən və digər beyin hissələrindən götürülüb. Alimlər müəyyən edib ki, insan qocaldıqca, neyronlarda  transkriptlərin (Ribonuklein turşususunun molekulu) miqdarı yaşa uyğun olaraq dəyişir. Beləcə, alimlər fəallığı qocalma meyarı olan genləri müəyyən edib.

Potensial qocalmaya qarşı maddələrin axtarışı üçün alimlər "Connectivity Map” verilənlər bazasından istifadə edib. Həmin bazada transkriptlərin sintezinə təsir edən, onu gücləndirən və ya zəiflədən dərman preparatları haqqına məlumatlar yer alır.

Araşdırma nəticəsində genin fəallığına təsir etməklə ömrü uzada bilən 24 birləşmə aşkarlanıb. Onlardan dördü, o cümlədən resveratrol və sirolumusun qocalmaya qarşı effektə malik olduğu bundan əvvəl də məlum idi./oxu

 

7News.Az

Xəbər lenti