Qusarda "Sevgililər qəbirsanlığı" - Video

Qusarda

Qusarın Həzrə kəndində yerləşən qədim qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. 

 
7News.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, orada yastı formada olan qadın, papaq şəklində olan isə kişi qəbri olmasını nişanə verir. El arasında buraya "sevgililər qəbiristanlığı" da deyilir.

 

Həzrə kənd sakinlərinin sözlərinə görə, kənddə bir neçə qədim qəbiristanlıq var. Onlardan el arasında "sevgililər qəbiristanlığı" kimi bilinən bu məzarlıq diqqət çəkir. Məzarlıq haqqında deyilən ən maraqlı məlumat odur ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər.

Qadın və kişi yan-yana basdırılıb, onların yanında demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı uzaq əsrlərə qədər gedib çıxır.

Buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub.

 

Xəbər lenti