Qusarda toyda qətl törədilib

Qusarda toyda qətl törədilib

Qusar rayonunda qətl hadisəsi baş verib.

7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb.  

Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.  

7news.Az

Xəbər lenti