“Quska”nın həbsi Qaradağın icra başçısını bitirə bilər: Süleyman Mikayılov onun adamı olub…

“Quska”nın həbsi Qaradağın icra başçısını bitirə bilər: Süleyman Mikayılov onun adamı olub…

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun başı dərddədir. Bu barədə DİA.AZ-a bilgi verən qaynaq iddia edir ki, Mikayılov zatən yaxın günlərdə postunu itirəcək, həm probılem tək bu deyil və başçıya qarşı konkret ittihamlar da var ki, bu da onu həbsə belə apara bilər. Məlumatlı mənbə bildirir ki, Süleyman Mikayılov 4 milyonluq yeyintidə ittiham olunur.

Mənbənin dia.az-a söylədikləri: "Zamanında "Quska”nın (Hazırda vergi cinayətlərinə görə həbs olunmuş Hüseyn Abdullayev nəzərdə tutulur -red.) əsas silahdaşı olan Süleyman Mikayılovun Türkiyədən həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayevlə hansı əlaqələrinin olub-olmadığı, köhnə mehribançılığın hansı səviyyədə olduğu da araşdırılır. Çünki ortada yetərincə şübhəli məqamlar var və bu barədə yerli KİV-də də haqlı olaraq iddialar səslənib ki, Avropada bəzi mühacirlərin başlatdığı söyüş kampaniyasına Bakıdan dəstək verənlər var. Doğrudur, Süleyman Mikayılob birbaşa olaraq belə bir xəyanətkar siyasətə cəlb oluna bilməz. Amma onun Hüseyn Abdullayevlə sıcaq əlaqələrinin olması faktı imkan yaradır ki, Qaradağın RİH başçısından ən azından araşdırma aparılması üçün şübhələnəsən”.

Süleyman Mikayılov "Quska”nın adamı olubmuş…

Mənbə iddia edir ki, bütün bu ittiham xarakterli söz-söhbətin fonunda Süleyman Mikayılovun ayağında olan 4 milyonluq yeyinti faktının araşdırılması, onunla bağlı sərt qərarları da gündəmə gətirə bilər: "Bir sözlə, Süleyman Mikayılovun durumu gərgindir. Əgər onun "Quska” ilə hansısa əlaqəsi təsdiqlənərsə, bədəlini ağır formada ödəyəcək”.

DİA.AZ xatırladır ki, həqiqətən də həm AXC-Müsavat iqtidarı və həm də ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində Süleyman Mikayılovla Hüseyn Abdullayevin yaxın əlaqələri olub. Və hətta Süleyman Mikayılov "Quskanın adamı” kimi də tanınıb. Belə bir şəraitdə Qaradağın rəhbərinin "Quska”ya sədaqət nümayiş etdirə biləcəyi istisna olunmur.

 

7news.Az

Xəbər lenti