Rafael Cəbrayılov: "Zaman bizim xeyrimizə işləyir"

Rafael Cəbrayılov:

"Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır". Bunu big.az-a açıqlamasında deputat Rafael Cəbrayılov deyib. O qeyd edib ki, ölkəmizin yerləşdiyi geosiyasi məkanın, habelə bu problemin özünün spesifikliyi bu regionda fövqəldövlətlərin və beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşması problemin danışıqlar yolu ilə həll olunması variantının seçilməsinin əsas səbəbləri kimi özünü göstərir. "Ermənistanın vassal-dövlət kimi müstəqil xarici siyasət yeridə bilməməsi, bu danışıqlar prosesində qeyri-konstriktiv mövqe tutması status-kvonun uzadılmasına cəhd etməsi də kifayət qədər əhəmiyyətli səbəblərdəndir. İslam-xristan amilini isə qətiyyən unutmaq olmaz. Bu problemin danışıqlar yolu ilə həlli istiqamətində Azərbaycanın cəhdlərinə baxmayaraq əfsuslar olsun ki, yola salmağa hazırlaşdımız 2017-cı ildə heç bir müsbət nəticəyə nail olunmadı. Növbəti ildə də Azərbaycan bu problemin həlli ilə bağlı bütün imkanlarından istifadə edəcəkdir. 

Deputat vurğulayıb ki, müsbət nəticənin əldə olunması isə yalnız Azərbaycanın cəhdlərindən aslı olmaması hər kəsə məlumdur. "Problemin sülh yolu ilə həllinin ən vacib şərti beynəlxalq siyasi palitrada beynəlxalq güc balansında dəyişikliyin əldə olunmasıdır. Dünyada gedən proseslər bu məsələdə nikbin olmağa əsas verir. Beynəlxalq təkamül prosesi dünyada İslamın, türkün rolunun gündən-günə ardığını açıq aydın göstərir. Tam əminliklə deyə bilərik ki, zaman bizim xeyrimizə işləyir. Bu istiqamətdə əsaslı dəyişikliklər olması Qarabağ probleminin həlli ilə bağlı 2018-cı ildə qənaətbəxşt nəticələr gözləmirəm. Amma yuxarıda qeyd etdiyim proseslərin sürətini nəzərə alaraq deyə bilərəm ki, Dağlıq Qarabağ probleminin həlli çox uzaqda deyil. Məsələnin başqa bir tərəfini də vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı öz torpaqlarını müharibə yolu ilə döyüşərək işğaldan azad etməyə hazırdır. Keçən ilin aprel döyüşləri bunu əyani şəkildə sübuta yetirdi. Çox istərdim ki, mən yanılım. Gələn il Dağlıq Qarabağ işğaldan azad olunsun. Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, qaçqın və köçkün kimi yaşamış soydaşlarımız doğma torpaqlarına qayıtsınlar. Növbəti Yeni il bayramını öz yurd-yuvalarında qarşılasınlar". 

 

7news.Az

Xəbər lenti