Rafiq Hüseynovla vida mərasimi keçirilir - FOTO

Rafiq Hüseynovla vida mərasimi keçirilir - FOTO

Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

7news.Az-ın APA-ya istinadla məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət  xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

 

7news.Az

Xəbər lenti