"Real"dan maraqlı addım - Azarkeşlər tualetdə də futbol izləyəcəklər - FOTO

Madridin "Real" klubu ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda yenilənmə işləri aparır. 

7News.Az futbol11.az-a istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi komandanın azarkeşlərini də nəzərə alıb. 

Belə ki, yenilənmə işləri zamanı stadionun ərazisində yerləşən unitazların üzərinə monitor qoyulacaq. Təbii ehtiyaclarını ödəmək istəyən azarkeşlər oyunu tualetdən də izləyə biləcəklər. 

Qeyd edək ki, "Real"ın stadionunda rekonstruksiya işləri gələn il başa çatacaq.  

7News.Az

Xəbər lenti