"Real"ın apellyasiya şikayəti rədd edildi

UEFA İntizam Komitəsi "Real"ın  futbolçusu Dani Karvahalın cəzasını ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.

7News.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ispan müdafiəçinin cəzası qüvvədə qalıb.

Qeyd edək ki, UEFA D.Karvahalın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda APOEL-ə qarşı matçda (6:0) qəsdən sarı vərəqə aldığı qənaətinə gəlib. İspan müdafiəçi əlavə edilmiş vaxtda topu autdan meydana gec daxil edib. Buna görə o, sarı vərəqə alaraq cəzalı duruma düşüb.

D.Karvahal bilərəkdən bu addımı atdığı üçün 2 oyunluq cəzalandırılıb. O, 1 oyunluq cəzasını "Borussiya" ilə matçda çəkib. Daha 1 matçlıq cəzası qalan D.Karvahal ÇL-in 1/8 finalında PSJ ilə ilk görüşü buraxacaq.

Xəbər lenti