Rəisin qardaşı 13 yaşlı qıza təcüvaz etdi – Ölkə ayağa qalxdı

Rəisin qardaşı 13 yaşlı qıza təcüvaz etdi – Ölkə ayağa qalxdı
Ermənistanın sabiq polis rəisi Karen Qasparyanın qardaşı Vladimir Qasparyan 13 yaşlı qıza qarşı cinsi zorakılıq edib.

7news.Az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Ermənistanın Kotyak rayonunda baş verib.

 
Məlum olub ki, rayonda keçirilən festivalda qızı aldadaraq öz avtomobilinə dəvət edib. O, avtomobili kənara çəkərək öz çirkin əməlini həyata keçirməyə cəhd edib. Azyaşlı Şura Sərkisyan təcavüzkara tabe olmadığı üçün Qasoaryan saçından tutaraq onu sürüyüb və beləliklə, məcburi formada onunla cinsi əlaqədə olub.

Hadisədən gec xəbər tutan qızın atası Avetik Sərkisyan da zorakılıqla üzləşib. Vladimir Qasparyan Şuranın atasını ölümcül həddə döyüb.

Hadisə şahidləri məsələ ilə əlaqədar polisə müraciət etsələr də, Vladimir Qasparyan barəsində cinayət işi açılmayıb.

Məsələ ilə əlaqədar Baş nazir Nikol Paşinyana müraciət edən rayon sakinləri etiraz aksiyasına başlayıblar.

7news.Az

Xəbər lenti