Rəqqasə Yekaterina Putinin qızıdır? — ŞOK İDDİA

Rəqqasə Yekaterina Putinin qızıdır? — ŞOK İDDİA
Rusiya prezidenti Vladimir Putinin övladları haqqında müxtəlif iddialar səsləndirilib.

Rəqqasə Yekaterina Tixonovanın Putinin qızı olduğu barədə iddia səsləndirilib.

2015-ci ildə bu iddia ilk dəfə səsləndirilmişdi. Putinin qızlarından birinin rəqqasə Tixonova olduğu iddia edilmişdi. Jurnalistlərdən biri qızla müsahibə etsə də, yazı sirli şəkildə internetdən silinmişdi.

Akrobat-rəqqaslardan biri Tixonovanın Putinin qızı olduğu iddiasını təsdiqləyib. Dünya "Rock'n Roll" federasiyası da bu iddianı təsdiqləyib. Federasiyanın sədr müavini Manfred Mohab "Tixonovanın Putinin qızı olduğunu bilirsinizmi?"-sualına "Bəli, onu tanıyıram, təbii ki, bilirəm"-cavabını verib.
Xəbər yayımlandıqdan sonra Mohab "Putinin qızı olub-olmadığını təsdiqləyə bilmərəm, onunla bağlı heç nə bilmirəm"-deyib. Xəbər yayımlanmadan əvvəl niyə müsbət cavab verdiyi sualına isə "Səs çox idi, sualı tam başa düşməmişdim"-cavabını verib./olke.az
 
7news.Az

Xəbər lenti