Rəqsanə ögey oğlu haqda: "Onu mən dünyaya gətirməmişəm, amma..."

Rəqsanə ögey oğlu haqda:
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin ilk nikahdan olan övladı haqda paylaşım edib. 

 
7News.Az-ın məlumatına görə, qızı Aysunla Elvinin şəklini yerləşdirən ifaçı bunları yazıb:

"Allah hər zaman bizi mehriban etsin və hər ikinizi qorusun. Toyunuzu görək, İnşallah. Elvin mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm. 

Həyat yoldaşım o qədər gözəl xasiyyətə malikdir insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrıseçkilik yoxdur".

 
7News.Az
 

Xəbər lenti