Rəy sorğusunun rəsmi nəticələri açıqlandı

Rəy sorğusunun rəsmi nəticələri açıqlandı
"İctimai Rəy” Araşdırmalar Mərkəzi 2017-ci ilin yekunlarına dair rəy sorğusu keçirib. Müxtəlif nominasiyalar üzrə respondentlərə paylanılan 2033 anketdən 38-ı qaytarılmayıb, 17-i isə etibarsız sayılıb. Sorğuda iştirak edənlərin 14%-ni iş adamları, 20%-ni tələbələr, 11%-ni fəhlələr, 6%-ni məmurlar, 49%-ni isə müxtəlif peşə sahibləri təşkil edib. Respondentlərin 53%-i kişilər, 47%-i isə qadınlar olub. 61%-i partiya üzvləri, 39%-i bitərəflər təşkil edən sorğuda 9% orta, 33% natamam ali, 58% ali təhsillilər iştirak edib. Beləliklə, 1978 sorğu anketinin nəticələri aşağıdakı kimi olub.
 
İlin dövlət adamı – Prezident İlham Əliyev, ilin məmuru – Dövlət Statistika Komitəsinin sədrı Tahir Budaqov, ilin millət vəkilləri –Çingiz Qənizadə, Malik Həsənov, ilin əyalət məmurları Saatlı rayon icra hakimiyyətinin başsısı Siraqəddin Cabbarov , Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və "Zəhmət –Ruzi "MMC (Sabir Behbudov) ilin brendi nominasiyasına layiq gorülüb.

Xəbər lenti