Rinqdə komaya düşən boksçu öldü - Video

Rinqdə komaya düşən boksçu öldü - Video

Tailandda keçirilən boks matçı faciəvi sonluqla bitib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı italyan boksçu Kristian Daqhio Banqkoqda keçirilən yarış zamanı rəqibi Don Parueanqın zərbəsindən nakaut olub. Aldığı zərbələrdən huşunu itirən Daqhio xəstəxanaya çatdırılıb. 2 gün komada qalan boksçu dünyasını dəyişib.

"Muay-tay” çempionu olan idmançının 5 yaşlı qızı var.

 

7News.Az

 

Xəbər lenti