“Roma” yenə möcüzə axtarışında

“Roma” yenə möcüzə axtarışında

Bu gün UEFA Çempionlar Liqasının ikinci finalçısı məlum olacaq.

7news.Az-ın xəbərinə görə, ilk oyunda doğma meydanda İtaliyanın "Roma” klubunu 5:2 hesabı ilə məğlub edən İngiltərənin "Liverpul” komandası səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.

"Roma”nın heyətində müdafiəçi Rik Karsdorp iştirak etməyəcək, yarımmüdafiəçi Kevin Strotman və hücumçular Dieqo Perotti ilə Qreqorye Defrelin yüngül zədəsi var.

"Liverpul”un heyətində isə Joel Matip, orta sahə oyunçuları Aleks Oksleyd-Çemberlayn və Əmrə Can baş məşqçi Yurgen Kloppun ixtiyarında deyillər.

Xatırladaq ki, ötən gün Madridin "Real” klubu doğma meydanda "Bavariya” ilə 2:2 hesablı bərabərliyə qalaraq finala vəsiqəni təmin edib. Komandalar arasında keçirilən ilk qarşılaşmada kral klubu 2:1 hesablı qələbə qazanmışdı.

7news.Az

Xəbər lenti