Ronaldo "İnstaqram"da rəqib tanımır

Ronaldo

"Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo "İnstagram"da ən məşhur şəxs olub.

 7News.Az xəbər verir ki, səhifəsinə mütəmadi olaraq postlar yerləşdirən futbolçunun "İnstagram" abunəçilərinin sayı 144 milyon 200 min nəfəri ötüb.

Ronaldo bu göstəriciyə görə, əvvəlki lider – hazırda 144 milyon abunəçisi olan amerikalı müğənni və aktrisa Selena Qomesi geridə qoyub.

 

Ronaldo beşqat "Qızıl top" sahibi və beşqat Çempionlar Liqası qalibidir, o həmçinin Avropa çempionudur. O, ötən yay 117 milyon avroya Madrid "Real"ından Turin "Yuventus"una keçib.

Cari mövsümdə futbolçu İtaliya komandasının heyətində bütün turnirlərdə keçirdiyi 12 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

7News.Az

Xəbər lenti