Ronaldo tarix yazdı

Ronaldo tarix yazdı

"Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

7News.az xəbər verir ki, 33 yaşlı portuqaliyalı hücumçu Çempionlar Liqasında (ÇL) bir klubda 100 qol vuran ilk futbolçu olub. 

Ronaldo bunu PSJ ilə 1/8 final matçında 45-ci penaltidən hesabı 1:1 etməklə reallaşdırıb. O, 83-cü dəqiqədə etdiyi dublla komandasını hesabda irəli çıxarıb. Madridlilər yekunda 3:1 hesabı iə qalib gəlib.
 
Kriştianoya 100 qol həddinə çatmaqla bağlı tarixi rekorda imza atmaq üçün 9 ildir çıxış etdiyi "Kral Klubu"nun heyətində ÇL-də 95 oyun keçirmək lazım gəlib. O, bu matçlarda 30 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, Ronaldo ÇL-də Lissabon "Sportinq"i və "Mançester Yunayted"in heyətində də oynayıb və ümumilikdə 147 matçda 116 qol vurub, 39 məhsuldar ötürməsi olub.  

Xəbər lenti