"Ronaldo özü özünü yaradıb" - Ferqusson

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Ferqyusson keçmiş futbolçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

7News.az-ın məlumatına görə, şotlandiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında portuqaliyalı ulduzun hazırkı səviyyəyə çatmasında onun istəyininin önəmli rol oynadığını vurğulayıb:

"Ronaldo özünü yaradan insan obrazına ən ideal nümunədir. Mən də asanlıqla deyə bilərdim ki, onu mən Ronaldo etmişəm. Bir çox məşqçilər danışırlar ki, filan futbolçunu mən yaratmışam. Ronaldo özü özünü yaradıb".

Qeyd edək ki, Roanldo 2003-2009-cu illərdə Ferqyussonun rəhbərliyi altında "MY"-də çıxış edib

Xəbər lenti