Ronaldonun təcavüzdə ittiham olunduğu gecənin görüntüləri yayıldı - FOTO/VİDEO

Ronaldonun təcavüzdə ittiham olunduğu gecənin görüntüləri yayıldı - FOTO/VİDEO
Son günlər şəxsi həyatı ilə gündəmə gələn Kriştiano Ronaldo diqqət mərkəzindədi. "Yuventus"un portuqaliyalı ulduzu 2009-cu ildə amerikalı model Katrin Mayorqa təcavüz etməkdə günahlandırılır.

Katrin Mayorqa iddia edib ki, Ronaldo ona Las Veqasdakı oteldə təcavüz edib. Lakin futbolçu bu iddiaları təkzib edərək modelin onun adından istifadə edərək reklam olunmağa çalışdığını bildirib.

Bu arada təcavüz iddiasının olduğu gecənin görüntüləri yayımlanıb. Dünya mediasında tirajlanan görüntülər qısa müddətdə ən çox izlənilənlər siyahısına daxil olub.

Qeyd edək ki, Katrin Mayorqa 2009-cu ilin 13 iyununda təcavüzə məruz qaldığını deyərək Nevada məhkəməsində iddia qaldırıb. Las Veqas Polis Mərkəzi həmin tarixdə cinsi təcavüz çağrışı edildiyini təsdiqləyib, amma futbolçunun adını açıqlamayıb. Polis mərkəzindən verilən açıqlamada "Bu ilin sentyabrında dosye yenidən açılıb və dedektivlərimiz zərərçəkən tərəfindən verilən bilgiləri araşdırır"./Fanat.Az

7News.Az 




Xəbər lenti