Ronaldu bu kluba keçə bilər

Ronaldu bu kluba keçə bilər

Madridin "Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldu "PSJ” klubuna keçməyə hazırlaşır.

7news.Az xəbər verir ki, bu barədə "Lenta.ru” məlumat yayıb.

Məlumata əsasən, portuqal forvardın agenti Jorje Mendeş Fransa klubunun rəsmiləri ilə transfer danışıqlarında iştirak etmək üçün Parisə uçub.

Mayın 26-da "kral” kubunun heyətində Çempionlar Liqasının beşinci dəfə çempionu olmuş Ronaldu, turnirin rekordçusuna çevrilib.

Matçdan sonra futbol karyerasının gələcəyi haqda yaxın günlərdə açıqlama verəcəyini bildirmişdi.

"AS” nəşrinə görə, Ronaldu "Real”ın təklif etdiyi yeni müqavilənin şərtləri ilə razılaşmır və komandanı tərk etmək istəyir.

Xatırladaq ki, "Ronaldu” "Real”a  2009-cu ilin iyul ayında "Mançester Yunayted” klubundan keçib.

7news.Az

Xəbər lenti