Ronaldu haqqında maraqlı fakt: Güzgünün qarşısında lüt dayanıb Messini xatırladı

Ronaldu haqqında maraqlı fakt: Güzgünün qarşısında lüt dayanıb Messini xatırladı

İngiltərənin "Stok Siti” klubunun hücumçusu Piter Krauçavtobioqrafiyasında portuqaliyalı forvard Kriştianu Ronalduhaqqında maraqlı hadisə danışıb. Həmin vaxt Ronaldu "Mançester Yunayted” klubunda forma geyinirdi. 

7News.Az xəbər verir ki, P.Krauçun sözlərini "Daily Mail” nəşri yayımlayıb. 

"Rio Ferdinand deyirdi ki, bir dəfə Kriştianu Ronaldu lüt vəziyyətdə güzgünün qabağına keçərək, dedi: "Mən necə də yaraşıqlıyam”. "Yunaytedin” digər futbolçuları isə onu qıcıqlandırmaq qərarına gəldilər: "Fərqxi yoxdur. Onsuzda Leo Messi səndən daha yaxşı futbolçudur”. O isə gülümsəyərək cavab verdi: "Hə, elədir. Ancaq Messi mənim kimi görünmür”, - futbolçu xatırlayır.

Qeyd edək ki, Ronaldu "qırmızı şeytanlar”ın heyətində 2003-2009-cu illərdə çıxış edib, üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub, iki dəfə - İngiltərə Liqa Kubokunun. 
Bundan əlavə o, "Mançester Yunayted”lə İngiltərə Kuboku və Superkuboku, eləcə də Çempionlar Liqası və Klublararası Dünya Çempionatını qazanıb.

"Mançester Yunayted”in heyətində portuqaliyalı bir dəfə "Qızıl top”a sahib çıxıb. Digər dörd "Qızıl top” mükafatını isə Ronaldu "Real”ın heyətində qazanıb. Cari mövsümdən portuqaliyalı İtaliyanın "Yuventus” klubunda çıxış edir. 

Messi karyerası ərzində yalnız "Barselona” klubunda oynayıb. Onun da hesabında beş "Qızıl top” mükafatı var.

7News.Az

Xəbər lenti