Ronaldu ikinci sevimli idman növünü açıqladı

Ronaldu ikinci sevimli idman növünü açıqladı

"Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduikinci sevimli idman növünü açıqlayıb. 

7News.Az xəbər verir ki, 33 yaşlı forvardın fikirlərini "O Bola” nəşri yayımlayıb. 

"Qaydasız döyüş çempionatı (UFC) çox xoşuma gəlir, döyüşlərə baxmağı sevirəm. Həmçinin tennis və basketbola baxıram. Pinq-ponq ikinci sevdiyim idman növüdür. Onu yaxşı bacarıram”, - Ronaldu deyib. 

Portuqaliyalı UFC döyüşçüləri olan irlandiyalı Konor Makqreqorvə rusiyalı Habib Nurmaqomedovla dostluq əlaqələri saxlayır. Ronaldu fevralda rusiyalı döyüşçü ilə görüşüb. 

Ronaldu beş dəfə "Qızıl top”un sahibi olub. Həmçinin forvard beş dəfə Çempionlar Liqasının finalının qalibi və Portuqaliya yığmasının tərkibində Avropa çempionu titulunun sahibi olub. 

7News.Az

Xəbər lenti