Ronaldu: Onu zorlamamışam

Ronaldu: Onu zorlamamışam

"Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronalduzorlama ittihamlarına münasibət bildirib. 

7News.Az xəbər verir ki, futbolçu Instagram-da canlı yayımda ABŞ vətəndaşı Ketrin Mayorqanın iddialarını yalan adlandırıb. 

O, həmin adamı zorlamadığını bildirib.

"O qadın adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Belə hallar işimin bir hissədir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir.

7News.Az

Xəbər lenti