Ronaldu “Real”dan getməsinin əsas səbəbkarını açıqladı

Ronaldu “Real”dan getməsinin əsas səbəbkarını açıqladı

"Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldubəyan edib ki, "Real” komandasından klubun prezidenti Florentino Peresə görə ayrılıb.

7News.Az-ın xəbərinə görə, portuqaliyalının sözlərini "France Football” nəşri sitat gətirir.

"Mən hiss edirdim ki, klub və onu prezidenti Peresin mənə qarşı münasibəti dəyişmişdi. İlk 4-5 ildə mən özümü Kriştianu Ronaldu kimi hiss edirdim. Sonra bu olmadı. Prezident mənə elə baxırdı ki, elə bil mən daha əvəzolunmaz deyiləm”, - Ronaldu qeyd edib.

Portuqaliyalı qeyd edib ki, Peres onun "Real”dan getməsinin qarşısını almaq istəmirdi. O, həmçinin əlavə edib ki, "Yuventus”a keçidi pulla əlaqədar deyil:

"Əgər mən daha çox pul istəsəydim, Çinə gedərdim. Fərq ondadır ki, "Yuventus” məni istəyirdi”. 

Ronaldu həmçinin qeyd edib ki, altıncı dəfə "Qızıl top” almaq üçün layiqli namizəddir. 

7News.Az

Xəbər lenti