Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək

Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldudan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

7News.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, polis Ronaldunu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.

Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldunu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.

7News.Az

Xəbər lenti